sehiyye.info

Əllə görüşmək olmaz,öpüşmək isə qəti qadağandır.

Əllə görüşmək olmaz,öpüşmək isə qəti qadağandır.
Son günlər koronavirusla əlaqədar aparılan tədbirlər nəticəsində idarə və müəssisələrdə,eləcə də özəl müəssisə,ictimai nəqliyyat və digər sahələrdə spirtlə əllərin dezinfeksiyası həyata keçirilir.Bundan başqa qızdırma ölçən aparatla insanların qızdırmalı olub,olmadığı yoxlanılır.
Sehiyye.info xəbər verir ki,bu tədbirlər təqdirə layiqdir və olmalıdır.Maraqlısı budur ki,əllə görüşmək də qadağan olunub.Öpüşüb,görüşmək isə qəti qadağandır.
Millətimizin qəribə adət,ənənəsi var.Dostlar və ya yaxın rəfiqələr bir-biri ilə görüşərkən gərək mütləq,öpüşə.Hətta bu, kişilər arasında da geniş yayılıb.Fürsətdən istifadə edərək bu pis vərdişi tərgitməyin zamanı çatıb.Bu.həm gigiyenik cəhətdən yaxşı deyil.Həm də,kişilərin öpüşərək görüşməsi,kişiyə xas olan bir şey deyil.



REKLAM