İdmançıların ispanaq yeməsi niyə qadağandır? - Alman mütəxəssislər açıqladı
İspanağın əzələ böyüməsində və bərkiməsində əvəzsiz rolu elmi sübutunu tapıb.
Sehiyye.info xəbər verir ki, Almaniyanın Berlin Freie Universitetinin professorları Ümumdünya Antodiponq Agentliyi üçün ispanaq üzərində araşdırma aparıb.
Araşdırmada 46 atlet 4 qrupa ayrılıb. Bir qrupun qidalanması nəzarət altında saxlanılıb. Digər qrupa dərman kimi istifadə olunan təsirsiz maddələr verilib. Digər iki qrup isə ispanağın tərkibində olan ekdisteron maddəsindən gündə 2-8 kapsul qəbul edib. Ardınca idmançılar fiziki məşqə başlayıb.
10 həftə davam edən sınaqdan sonra mütəxəssislər ekdisteron maddəsi içən atletlərin digərlərinə nisbətən daha yaxşı əzələ yığdığını və üçqat güc qazandığını təsbit edib.
Ekdisteron maddəsi atletlər üçün nəzərdə tutulan “Steroid” siyahısında qadağan olunmuş maddə kimi yer alıb.(Publika.az)