Koronavirus bu ölkədə hazırlanıb, vaksini də var - Azərbaycanlı politoloqdan SENSASİYA
“Çində koronavirusun vaksini var və xaricdən koronavirusun gəlməsinin qarşısını alırlar. Dünən orada cəmi üç koronavirusa yoluxma halı qeydə alınıb. Uhana gəldikdə, bu 10-12 milyonluq şəhərdir. 1 milyon nəfərin ölməsi Çinə heç bir təsir göstərməyəcək”.
Politoloq Cümşüd Nuriyev belə deyib.
Publika.az onun Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Çin bir müddət əvvəl rəsmi şəkildə ittiham irəli sürdü ki, koronavirusu ABŞ Silahlı Qüvvələri yayıb. Bundan sonra dünyanın diqqəti Amerikaya yönəldi. Sizcə, bu ittiham nə qədər əsaslıdır?
- Əslində bu, Çinin özünün öz maraqları çərçivəsində hazırladığı siyasi ssenaridir. Bunu ABŞ hazırlasaydı, koronavirus bu sürətlə Amerikanı ələ keçirməzdi. Bunu “siyasi yoluxma” şəklində etsəydilər, ən azı ABŞ-da bunun vaksini əvvəlcədən hazırlanardı. Amerika vaksinlərin sınağını indi həyata keçirir, altı ay da vaxt istəyib. Buna görə də Amerikanın belə bir bioloji silahdan istifadə etməsi ağlabatan deyil. Amma Çin bu məsələdə bir neçə istiqamətdə udan tərəfdir. Yeni tip koronavirusun Çinin təhlükəsizlik orqanları tərəfindən hazırlandığı daha ağlabatan ehtimaldır.
Birincisi, Çin bunu başlamaqla ölkədəki demoqrafik problemini həll edir. Çünki bir milyard yarıma çatan əhalinin sürətli artımının qarşısını almaq lazımdır.
İkincisi, Çinin dünyada istehsal prosesində qabağa keçməsi üçün şərait yarandı. Çünki dünyanın ən aparıcı şirkətləri ucuz işçi qüvvəsinə görə ən müasir texnologiyalarını Çində yerləşdirmişdilər. Pekin bu məsələni gündəmə gətirməklə onları tamamilə Çindən çıxardı, onların geri qayıtmaq ehtimalı da çox aşağıdır. Yüz min canlı qüvvə itirməklə Çin heç nə itirməyəcək, əksinə bundan böyük sıçrayış qazanacaq.
Başqa bir tərəfdən neftin qiymətinin ucuzlaşması fonunda istehsalatın azalması bazar iflasını sürətlə artırır. Çin də dünyada ən çox borc alan dövlətlərdən biridir. Çin artıq Afrikanın borc məsələsini həll edib Avropaya keçib. Fikir verin: koronavirusun yayılmasından sonra İtaliyaya ən çox yaxınlaşan Çin oldu. Bu ölkəyə lazım olan cihazları, tibbi avadanlıqları satmağa başlayıb. İndi də Fransa, Almaniya, İspaniya və digər ölkələrə keçməyə başlayıb.
Eyni zamanda, bu ittihamı irəli sürməklə ABŞ-ı dünyanın gözündən saldı. Çin burada əsl hiyləgər Şərq siyasətini yürüdür. Bu çox düşünülmüş, perspektivli və ağıllı siyasətdir. Çin ilin axırınadək həm Ümumi Daxili Məhsulun istehsalına, həm iqtisadi inkişaf tempinə, həm də xarici borcların alınmasına görə dünyanın ən qabaqcıl ölkəsi olacaq. Buna görə də Çin bu oyunları yüksək səviyyədə qurdu, özü də oyunçu olmaqla göstərdi ki, bütün sahələrdə dünyada birinci yerə qalxır. Artıq Çində göstəriş verilib, ingilis dilində olan məktubların heç birinə cavab verilmir, tələb edirlər ki, rəsmən Çin dilində müraciət etsinlər. Çin bu oyunda Rusiya ilə aktyor statusunda çıxış edir. Bu səbəbdən də Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın belə ağıllı siyasət yürüdəcəyi inandırıcı görünmür. Başqa sözlə, koronavirus Şərqin ən hiyləgər dövləti olan Çinin özü tərəfindən hazırlanıb və bu maraqlar çərçivəsində də ABŞ-ın adı hallandırılır. Dünyada da buna çox inandılar. Amma anlizlər göstərir ki, bu, Çin tərəfindən hazırlamış strateji iqtisadi-siyasi plandır.
- Yəni əvvəlcədən məqsədyönlü şəkildə hazırlanan koronavirusun vaksini də var...
- Əlbəttə, Çində bunun vaksini var. Fikir verin ki, indi Çində xaricdən koronavirusun gəlməsinin qarşısını alırlar. Dünən Çində cəmi üç koronavirusa yoluxma halı qeydə alınıb. Uxan şəhərinə gəldikdə, bu 10-12 milyonluq şəhərdir. Bundan 1 milyon əhalinin qırılması Çinə heç bir təsir göstərməyəcək. Heç göstərilən rəqəmlər də doğru deyil, bundan dəfələrlə çoxdur. İndi Çinin statistikasına da çatmaq mümkün deyil, internet sistemi də tamamilə dəyişib. Çinin planında bir neçə milyon insanın ölməsi məsələsi var, bunu da həyata keçirir. Yəni milyardlıq əhalisi olan Çin üçün 1 milyon insanın ölməsi heç nədir. Çin bu layihəni hələ davam etdirəcək.
Fikir verin ki, virusun ilk keçdiyi ölkə Cənubi Koreya oldu. Çünki Cənubi Koreya göstəricilərdə çox sürətlə Çini qabaqlayırdı. Yaponiya isə özünü izolyasiya edərək bunu qabaqlaya bildi. Hələ ki, Çin bu siyasəti maraqlarına uyğun olaraq uğurla davam etdirir.
- Bəs qarşısı nə vaxt alınacaq?
- Çin elan etdi ki, yaxın bir ayda bunun qarşısı alınacaq. Deməli, bunun vaksini də əvvəlcədən hazırdır. Çünki adi bir epidemiyanın yayılması vəziyyətində, peyvəndin hazırlanması üçün altı ay sınaq vaxtı lazımdır. Əgər Çin bu prosesin may ayınadək başa çatacağını elan edirsə, deməli, bunun vaksini hazırdır. Amma hələ bunu bir qədər uzadır. Digər yandan da, dünya göstərir ki, Çində virusa yoluxma halları çox aşağıdır. Vaxtilə baş verən ölüm hallarını indi gündəmə gətirirlər, bu da onu göstərir ki, Çin artıq tam qələbə çalıb. Hər gün beş-on nəfəri elan etməklə, bir növ ölmüşləri statistikaya salırlar. Çin buna hazırdır, amma Avropa yox. Avropa tezliklə Çinə möhtac qalacaq, o cümlədən həm Şimali, həm də Cənubi Amerika. Çin birmənalı şəkildə dünyaya ağalıq statusunu ələ alacaq.