sehiyye.info

Kraliçanın uzunömürlü olmasının sirri nədədir?

Kraliçanın uzunömürlü olmasının sirri nədədir?

İngiltərə Kraliçası II Yelizaveta 93 yaşındadır, amma yenə də hər il minlərlə işgüzar görüşlər keçirə və ciddi hökumət qərarları verə bilir. Hakimiyyətdə uzun müddət qalan Kraliça II Yelizaveta yalnız sağlamlığına görə deyil, həm də peşəkar tibbi yardım aldığına görə özünü yaxşı hiss edir.

Bəs kraliçanın uzunömürlü olmasının sirri nədədir?

Sehiyye.info Qadinklubu.com-a istinadən II Yelizavetanın uzunömür yaşamasının sirlərini təqdim edir:

Kraliçanın 93 yaşında olmasına baxmayaraq, sağlam görünüşü hər kəsin diqqətini çəkir. Yemək məsələsinə gəlincə, kraliçanın nəyi sevib, sevmədiyini bilmək heç də təəccüblü deyil…

Kral ailəsi həkiminin sözlərinə görə, kraliça səhər yeməyi üçün adətən taxıl və dənli bitkilərə üstünlük verir. O, səhər yeməyini saat 09:00-da tək edir. Bəzən səhər yeməyinə püstə və ya quru ərik əlavə edir, kartoflu nişastalardan uzaq durur.

Kraliça nahar yeməyində isə adətən ispanaqla yağsız balığa üstünlük verir. Axşam yeməklərində də nahar yeməyinə bənzər yeməklərdən istifadə edir.

Kraliça şokolad sevəndir. Ancaq şokoladı yeməkdən sonra deyil, nahardan sonra üçüncü çay vaxtı yeyir.

Kraliçanın digər sevimli yeməyi mürəbbədir. O, çərəz kimi pudingləri də sevir. Xüsusilə ağ şaftalı pudingini…

Kraliça ilə bağlı bəzi maraqlı faktlar da var. İldə iki dəfə şəxsiyyət vəsiqəsi olmadan ad gününü qeyd edən kraliçanın həyatı ilə bağlı bəzi məqamlar:

Kraliça II Yelizavetanın bu il 94 yaşı olacaq...

21 aprel 1926-cı ildə anadan olan Yelizaveta Aleksandra Meri doğum gününü aprelin ikinci şənbə günü rəsmi olaraq qeyd edir. Bunun səbəbi 250 illik bir ənənədir. Noyabr ayında anadan olan II Kral Corc pis havayla əlaqədar ikinci ad günü ənənəsini 1748-ci ildə başladıb. O vaxtdan bəri kral və kraliça ad günlərini rəsmi olaraq aprelin ikinci şənbə günü xalqının qatıldığı bir mərasimlə qeyd edirlər.

6 fevral 1952-ci ildə atası Kral VI Corcun ölümü ilə 25 yaşında taxta keçən Kraliça II Yelizaveta 66 ildir hakimiyyətdədir. İngilis kraliçası dünyanın ən yaşlı hökmdarıdır.

Kraliça II Yelizaveta pasportu olmadan səyahət edə bilir. Beynəlxalq səfərləri zamanı dövlət başçıları tərəfindən qırmızı xalça ilə qarşılanan kraliçanın pasporta ehtiyacı yoxdur. Kraliça həmçinin İngiltərədə sürücülük vəsiqəsi olmadan idarəetmə hüququna malikdir.

Kraliça haqqında bilinməyən azsaylı faktlardan biri də qeyri–adi hədiyyələrdir. Heyvanlara olan sevgisi ilə məşhurlaşan kraliça üçün ən qeyri-adi hədiyyə Kamerundan olan Jumbo adlı 7 yaşlı fil və iki nəhəng tısbağadır. Bundan başqa, onun üçün xüsusi hazırlanmış “Yaquar” avtomobili var.

Yaxşı bir sürücü olaraq tanınan kraliçanın "Yaquar"ında çantası üçün xüsusi bölmə və itləri üçün xüsusi hazırlanmış quzu dərisindən bir xalça var.

Heyvansevər olan Kraliça II Yelizaveta 30 corgi it cinsinə sahibdir.

Bundan başqa, kraliça heyrətamiz rənglər üzərində qurduğu kral stili ilə də xüsusi şöhrət qazanıb.

Limon sarısı kostyumundan bənövşəyi parıltılı şapkasına kimi kraliçanın sıx rənglərdə baş rolda olduğu monoxrom görünüşü hər zaman diqqət mərkəzindədir. Onun bu stili seçim etməsinin səbəbi uzaq məsafədən tanınması üçündür.

Kraliça II Yelizavetanın çoxsaylı hobbiləri arasında fotoqrafiyaya marağı olduğu da bir çoxunu təəccübləndirir.



REKLAM