sehiyye.info

Ev həkimi - Bunları bilmək xeyirlidir

Ev həkimi - Bunları bilmək xeyirlidir
Orqanizmin tam sağlam olması üçün hər addımda həkimə getmək heç də hər kəsin arzusu deyil. Ən əsası da, insanların əksəriyyəti tənbəllikdən illərlə müayinələrə getmirlər.

Sehiyye.info yerli mətbuata istinadən xəbər verir ki, ev şəraitində edə biləcəyiniz xırda müalicələr və sağlam qidalanma ilə səhhətinizi daim normada saxlaya bilərsiniz:

- Yediyiniz qidaların tərkibində nə qədər çox maqnizium olarsa, onkoloji xəstəliklərə yoluxma riskiniz bir o qədər az olar. Həkimlərin fərziyyələrinə görə, bu element xərçəngin yaranmasına səbəb olan bütün infeksiyaları məhv edir. Orqanizminizdə maqniziumun çox olması üçün - balıq, göyərti, yoqurt, araxis və qoz yeyin.

- Axşam çox içki içən insanın səhərki paxmel halı hamıya məlumdur. Səhər duranda baş ağrısını götürməyin, ayılmağın ən yaxşı yolu kimi çoxları kofeni bilir. Ancaq bu heç də doğru deyil. Spirt bədəni istilədir, kofe isə susuzluq əmələ gətirir. Bu iki amil bir-birinə ziddir. Buna görə də ən yaxşı yol səhər yaşıl çay içməkdir. Yaxud da ki, səhər mineral su, apelsin və ya qreyfurt şirəsi için.

- Adətən biz qreyfurtun qabığını və içərisindəki pərdələri təmizləyirik. Əbəs yerə. Çünki qreyfurtun pərdəsinin tərkibində bolluca C vitamini var. Onun qabığında isə efir yağı var. Bu efir yağı sizlərə boğaz xəstəliklərindən, astmadan uzaq olmağa kömək edəcək. Həm də siz keçici viruslara yoluxmaqdan qurtulacaqsınız.(Axşam.az)



REKLAM