sehiyye.info

Analitik Ekspertiza Mərkəzində yeni qaydalara dair iclas keçirildi

Analitik Ekspertiza Mərkəzində yeni qaydalara dair iclas keçirildi
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il, № 502 qərarı ilə “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” təsdiq edilmişdir. Həmçinin, 25 dekabr 2019-cu il, № 503 Qərarı ilə “Dərman vasitələrinin farmakonəzarət Qaydası” təsdiq edilmişdir. Hər iki qaydanın yenilikləri, fərqli aspektləri və qaranlıq qalan məqamlarını aydınlaşdırmaq və maarifləndirmək məqsədilə Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin qeydiyyatı ilə məşğul olan şirkətlər və distribütorlar üşün iclas keçirilmişdir. Mərkəzin Qeydiyyat-ekspertiza şöbəsinin və Farmakonəzarət şöbəsinin mütəxəssisləri yaranmış sualları cavablandırmış, narahatlıq yaradan məqamları izah etmişdilər. Bir sıra yeniliklər üzrə müzakirələr baş tutmuşdur.



REKLAM