Bakıda karantində saxlanılan tələbənin atası virusdan öldü
Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub.
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ayın 27-si KTM-ə respirator infeksiya ilə müraciət edib.
Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.
Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.
***
Bakı Dövlət Universiteti (BDU) Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən tələbə ilə bağlı açıqlama yayıb.
Qeyd olunur ki, Kliniki Tibbi Mərkəzdə karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.
"Liu Yousha yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı virusun əlamətləri müşahidə olunmayıb. Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTM-ə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti müşahidə olunmayıb".
Bildirilir ki, Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.
"Bakı Dövlət Universitetində coxlu əcnəbi tələbə təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və universitet rəhbərliyinin diqqətində saxlanılır", - açıqlamada bildirilib.
Bundan başqa, tələbənin söylədiyinə əsasən, atası Çində virusdan dünyasını dəyişib.