Ərə verilən azyaşlı qız TOYDAN SONRA ÖLDÜ - Azərbaycanda ŞOK OLAY/FOTO
Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.
Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.
Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.
Masallı rayon prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo)