sehiyye.info

Fasiləli oruc dietasının inanılmaz təsiri: xərçəng, şəkər, ürək xəstəlikləri...

Fasiləli oruc dietasının inanılmaz təsiri: xərçəng, şəkər, ürək xəstəlikləri...
Gün ərzində 16-18 saat ac qalmaq (fasiləli oruc dietası) insanın ömrünü uzada bilər.

Sehiyye.info Lent.aza istinadən xəbər verir ki, ABŞ-ın Cons Hopkins Universitetində aparılan bir araşdırmadan sonra alimlər bu qənaətə gəliblər.



Araşdırmada həmçinin o da məlum olub ki, altı saatlıq ara ilə yemək yüksək təzyiq, piylənmə, xərçəng, şəkər və ürək-damar xəstəliklərin qarşısının alınmasına yardım edə bilər.

İnsanlar və gəmicirilər üzərində aparılan araşdırmanın nəticələri "The New England Journal of Medicine" nəşrində dərc edilib.

Sinir xəstəlikləri mütəxəssisi professor Mark Mattsonun rəhbərlik etdiyi komanda iki növ fasiləli oruc dietasını araşdırıb.

Bunlardan biri zaman məhdudiyyəti olan dieta (gündə 6-8 saat yeyib 16-18 saat ac qalmaq), digəri isə beş gün ac qalmaq (gündə sadəcə 500 kalori qəbul etmək) və iki gün normal yeməkdir.

Fasiləli oruc dietasının orqanizmdə bir neçə istiqamətdə müsbət dəyişikliyə səbəb olduğu müşahidə edilib. Ancaq bunun qidalanma nizamından, yoxsa arqılamaqdan qaynaqlandığı hələ ki, dəqiq bilinmir.

Hüceyrələr sağlamlaşır

Professor Mattson deyir ki, ac qalmaqla yemək arasındakı keçidlər metobalizmanı yaxşılaşdırır və hüceyrələri sağlamlaşdırır.

Alimlər Yaponiyanın Okinava adasının sakinlərinin məhz qidalanma üsuluna görə uzunömürlü olduqlarına diqqət ediblər.

2007-ci ildə aparılmış araşdaırmanın nəticələrinə görə, 92 yaşlı okinavalıların 82%-i normal yaşam funksiyalarını itirməyib, 97 yaşında olanların üçdə ikisi isə heç kimin yardımı olmadan yaşaya bilir.

Əgər amerikalılar gündə orta hesabla 2500 kalori qəbul edirlərsə, okinavalılarda bu göstərici 1900 kaloridir.

Araşdırmanın nəticələində qeyd edilir ki, fasiləli ac qalmaq orqanizmin insulin müqavimətini artırır və bu, qan şəkərinin səviyyəsini balanslaşdırır.

2018-ci ilə aid bir araşdırma isə göstərib ki, 2-ci tip diabeti olan üç xəstə bu üsulla arıqladıqdan sonra ünsulin qəbul etməyi dayandırıblar.


Şifahi yaddaşı da möhkəmləndirir


Professor Mattonsun daha əvvəl iştirak etdiyi bir araşdırmada fasiləli orucun stresə qarşı müqaviməti artırdığı aşkar edilmişdi. Məlum olub ki, qidalanma və ac qalmaq arasındakı keçidlər beyin funksiyalarını və neyroplastikliyi (beynin ətrafdakı dəyişikliklərə və zədələnmələrə uyğunlaşma qabiliyyəti) gücləndirir və eyni zamanda, insanın şifahi yaddaşını da möhkəmləndirir.

Orqanizmin lif, vitamin və mineral ehtiyacını ödəmək üçün bol meyvə-tərəvəz yemək lazımdır.

Amma fasiləli oruc dietasının uzunmüddətli təsiri ilə bağlı hər hansı məlumat yoxdur, çünki indiyə qədər aparılan araşdırmalar dar çərçivəli olub. Mütəxəssislər qeyd edirlər ki, klinik təcrübələr əsasən artıq çəki problem olan gənclər və orta yaşlılara fokuslandığı üçün nəticələrin ümumiləşdirilməsi mümkün deyil.

Fasiləli oruc diatasının əsas çətinliklərindən biri insanların uzun müddət ac qala bilməməsidir. Məsələn, 2017-ci ilə aid bir araşdırmada iştirakçıların 40%-i eksperimenti yarımçıq tərk edib.

Fasiləli oruc dietasında ilk iki həftə

Harvard Universitetinin qidalanma fakültəsinin əməkdaşı doktor Frank Hu deyir ki, uzun müddət ac qalandan və ya çalışandan sonra insanlarda özlərini mükafatlandırmaq ehtiyacı yaranır və bu, əlinə keçəni yemək təhlükəsi doğurur.

Beyin qidasız qaldıqca, onun aclıq mərkəzində (hipotalamus) iştah hormonları ifraz olunur və nəticə etibarilə bu, insanın həddindən artıq çox yeməsinə gətirib çıxarır.

Professor Mattson hesab edir ki, fasiləli orucda insan daim ac və əsəbi olur:

“Amma biz pasientlərimizə səbirli olmağı məsləhət görürük. Bu əlamətlər iki həftə ilə bir ay arasında keçib gedir, çünki beyin yeni vərdişlərə uyğunlaşmağa başlayır”.



REKLAM