Çapıqların aradan qaldırılması haqqında
Elmi baxımdan, çapıq - dərinin öz toxumalarını birləşdirici toxuma ilə əvəz etməsinin nəticəsidir . Buna səbəb cərrahi müdaxilələr və bəzi zərər verən amillər (mexaniki, kimyəvi, temperatur, dərin dağıdıcı iltihabı və s.) . Təəssüf ki, çapıqlar görünən bir kosmetik qüsur yaradan və bəzən kiçik hərəkətləri məhdudlaşdıran (funksional qüsur) həyat boyu qalırlar. Bu cür xəstələr bilməlidirlər ki, indi ki zamanda çapıqların müalicəsinin nəticəsində çapiqların dərəcədəsini azaldmaq olar. ⠀ Çapıq necə əmələ gəlir?
Sehiyye.info "Dr.OF " Tibb Mərkəzinin həkim dermatoloqu Vüsalə Aşirovanın fikirlərini sizə təqdim edir.
-Yaranın sağalması bir ilədək davam edən və çapığın meydana gəlməsi ilə bitən mürəkkəb bir bioloji prosesdir : toxuma zədələnməsi ➡ hüceyrələr bioloji aktiv maddələr ifraz edirlməsi➡iltihab reaksiyasi və fibroblastarin kollagen istehsali ➡ qırmızı, şişmiş, "cavan" çapiq ➡ zədədən 3 həftə sonra artıq kollagen əriyir və normal solğun və düz çapıq forması əmələ gəlir. ⠀ ✅ Lakin normal çapıqin əmələ gəlməsinin qarşısını alan səbəblər var: yanıqlar, yaranın irinləməsi, yaranın kənarlarının yanlış uyğunlaşdırılması, yaranın ətrafındakı dəridə güclü gərginlik və s. Çox vaxt bu proseslər kollagenin sintezi və rezorbsiyası zamanı baş verir. Və bundan sonra adi düz çapıq əvəzinə, içi boş olan və ya dərinin üstündən çıxan bir çapıq və ya bəzən bir keloid çapıq görürük. Çapığın meydana gəlməsinin amilləri :
⠀ 1. Hipertrofik və keloid çapıqlar cinsdən və yaşdan asılı olmayaraq əmələ gəlir , lakin uşaqlarda, yeniyetmələrdə və gənclərdə hələ də daha çox rast gəlinir. Bunun səbəbi 12 yaşdan 28 yaşadək insanların daha çox travma ehtimalı, bərpa prosesləri çox dinamikliyi ( o cüm. dəridə kollagen sintezidə) ⠀ 2. Uzun müddət müalicə olunmayan yaralar olan yerlərdə göbud çapıqlar meydana gələ bilər.
3. Yaranın kənarları kifayət qədər bağlanmadıqda və ya bir infeksiya və ya xarici bir cisim varsa, bu da uzun müddət davam edən iltihaba səbəb ola bilər və bu da çapığın əmələ gəlməsinə səbəb olur.
4. Diabet, damar xəstəlikləri, siqaret çəkmə yaranın sağalmasını çətinləşdirə bilər və çapığın əmələ gəlməsininin səbəb olar.
5. Tünd ( qara) dərili xəstələrdə keloid çapiqların əmələ gəlməsinin riski yüksəkdir.
6. Keloid çapıqların meydana gəlməsində genetik meyl var.
7. Yaşla çapığın arasındakı əlaqə barədə : Əksər uşaqlarda yanıqdan sonra çapıqlar zamanla yaxşılaşır. Körpəlikdə əmələ qələn çapıqlar bir neçə
illlər ərzində yaxşılaşır. Yeniyetmələrdəki qızlarda yara izləri yaxşı sağalmır ilk menstruasiya dövründə.
Dr.dermatoloq,kosmetoloq Vüsalə Aşirova
Tel: 050 833 23 10