sehiyye.info

Alimlər immuniteti artıran təbii konservant tapıblar

Alimlər immuniteti artıran təbii konservant tapıblar
Layihənin işltirakçıları bildiriblər ki, bu maddələr zərərli bakteriya və mikroorqanizmlərə artıb-törəməyə imkan vermir və beləliklə özünəməxsus mikrob əleyhinə qalxan yaradırlar

Rusiyanın Altay Dövlət Texniki Universitetinin Biysk Texnologiya institutunun alimləri qidaların ömrünü uzadan unikal, təbii əlavə işləyib hazırlayıblar.

"Bu tamamilə təbii, ziyansız, kimyəvi qatqısız bir konservant olacaq. Əgər onu hazırda qida sənayesində istifadə edilən sintetik analoqları ilə müqayisə etsək, ərzağın keyfiyyətini itirmədən daha uzun müddət tərafətli saxladığının şahidi olarıq", - institut direktorunun müavini Vladimir Xmelyov "Rossiyskaya qazeta"ya deyib.

Konservantın hazırlanması üçün Biyskdən olan alimlər çaytikanının şirəsi çıxarılandan sonra qalan lətini utilizasiya edərək fermentlərin köməyilə canlı hüceyrələrdəki reaksiyaları sürətləndirib polifenollar - immuniteti möhkəmlədən güclü antioksidantlar - əldə ediblər.

Layihənin işltirakçıları bildiriblər ki, bu maddələr zərərli bakteriya və mikroorqanizmlərə artıb-törəməyə imkan vermir və beləliklə özünəməxsus mikrob əleyhinə qalxan yaradırlar.Sputnik.az




REKLAM