sehiyye.info

Tiflisdə bayram faciəsi: mindən çox insan zəhərləndi

Tiflisdə bayram faciəsi: mindən çox insan zəhərləndi
Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.

Sehiyye.info xəbər verir ki, dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub.

Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.

Mütəxəssislər bu sayın artacağını istisna etmirlər.Axar.az



REKLAM