sehiyye.info

Musiqi insanı yaşadır.

Musiqi insanı yaşadır.
Musiqi seçimi insan haqqında bir çox şeyi söyləyə bilər. Yaxşı, nə söyləyə bilər?
Duygu və həyəcanlarımızın iş və ya romantika əsasında tənzimlənməsinə necə imkan yaradaq? Ən yaxşı seçim – sevimli musiqini açmaqdır! Biz bütün tanınmış alimlərin araşdırmalarından bəhs edərək və məqaləni “maraqlı faktlarla”uzadaraq sənə işgəncə verməyəcəyik, sadəcə bildirmək istəyirik ki, musiqi hər zaman həyatımızın ayrılmaz parçası olmuş, psixoloji və fiziki vəziyyətimizə təsir göstərmişdir.
Səsləndirilən səslər mistik mərasimlər zamanı istifadə olunur və tanrılarla ünsiyyət qurmağa kömək edir, döyüşə gedən insanları ruhlandırır və fiziki və ruhən yaxşı təsir göstəriridi. Musiqi insanların həyatına Paleolit dövründə girdi, hər bir hadisə və mərasim ritmik səslər, mürəkkəb birləşmələrlə müşayiət olunurdu. Afrika və Amerikanın yerli xalqlarının musiqisi hələ də minlərlə il bundan öncə qoyulmuş prinsiplərə əsaslanır.
Musiqi insanı yaşadır.
Kiçik addımlarla musiqi ritmdən ayrılır, melodik, simli və nəfəs alətərinə yaxınlaşırdı. Antik dövrə musiqi böyük baza ilə daxil oldu, o artıq şəfa verirdi və ondan zövq alırdılar. Qədim Misir, Çin, Roma və Yunanıstan keşişləri və filosofları musiqinin insan şüur və dünyagörüşünə böyük təsiri olduğunu başa düşürdülər. Antik dövr alimləri insanlara musiqi terapiyasının təsiri haqqında elmi tədqiqatlar aparmış və musiqi sayəsində bütün Kainatdakı və bədən harmoniyasındakı pozğunluqların düzəldiyini sübut etmişlər.



REKLAM