Əsəbləri tez sakitləşdirməyin yolları
Əsəbləri sakitləşdirməyin müxtəlif yolları var. Ən yaxşı yollardan biri – sakit bir şəraitdə tək qalmaqdır ki, heç kim sizi qıcıqlandırmasın. Telefonu və sizi ətraf aləmlə bağlayan bütün cihazları söndürün.
Mənzilinizdə xoş atmosfer yaradın. Əsəblərinizi sakitləşdirən musiqilər dinləyin və otaqda xoş ətir yaradın. Musiqiyə gəldikdə isə, ən yaxşısı radioda sakit musiqi dalğası tapın və yaxud belə janrlı musiqiləri internetdən yükləyin. Xoş ətirə gəldikdə isə ətirli şamlardan istifadə edin.
Uzanın, rahatlanın və heç nə haqqında fikirləşməyin. Sizə sevinc gətirən işlərlə məşğul olun. Əgər ağlınıza heç nə gəlmirsə, onda küçəyə çıxıb bir qədər gəzin. Təmiz hava orqanizminizə yaxşı təsir edəcək. Gəzinti zamanı siz öz fikirlərinizlə təklikdə qala biləcəksiniz.
Sağlam və tam yuxu sizə nəinki fiziki cəhətdən, hətta mənəvi cəhətdən də kömək edəcək.
Tədqiqatçılar müəyyən ediblər ki, insan beyni yuxuda da problemləri "həll" edə bilir.
Yuxudan əvvəl əsəblərimizi necə sakitləşdirək?
Ətirli köpüklə isti vanna qəbul edin. İsti vanna nəinki fiziki, hətta mənəvi rahatlıq gətirir. Özünüzlə 1 qədəh meyvə şirəsi götürün, sakit müsiqi dinləyərək vanna qəbul edin. Gərginlik həmin dəqiqə keçəcək, sakit musiqi rahatlandıracaq və fikirləşməməyə kömək edəcək.