Milçəklərin güman edildiyindən daha çox sayda mikrob daşıdığı aşkar olunub
Alimlər aşkar edib ki, milçəklər zənn edildiyinndən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər.
Ev milçəkləri və leş milçəkləri 600-dən çox müxtəlif bakteriya daşıyır, keçirilmiş DNT analizi aşkar edib.
Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir, o cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.
Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.
Alimlərə görə, milçəyin hər bir yerdəyişməsi mikrobların yayılmasına gətirib çıxarır.Tədqiqatın müəlliflərindən biri, Pennsyvania Dövlət Universitetinin professoru Donald Bryant BBC-yə deyib: ''Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi".
DNT təhlili nəticəsində ev miçəyinin 351 bakteriya növü, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub.
Bu bakteriyaların əksəriyyətini milçəklərin hər ikisi daşıyır.
Scientific Reports elmi dərgisində dərc olunan araşdırmanın müəllifləri qeyd edib ki, səhiyyə xidmətləri, mümkündür ki, milçəklərin infeksiyalı xəstəliklərin yayılmasında roluna hələlik lazım olan dərəcədə diqqət yetirməyib.
"Biz hesab edirk ki, miçləklər patogenlərin sürətlə yayılmasında iştirak edir", - professor Donald Bryant deyib.