sehiyye.info

Dayıoğlu böyrəyini 47 yaşlı bibisi oğluna bağışlayıb

Dayıoğlu böyrəyini 47 yaşlı bibisi oğluna bağışlayıb
Ailədə olan möhkəm bağlılıq qohumlar arasında öz böyrəyini tərəddüd etmədən digər yaxın qohumuna bağışlamasına da səbəb olur.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, 47 yaşlı kişi üzərində böyrəkköçürmə əməliyyatı xəstənin dayısı oğlunun donorluğu sayəsində mümkün olub.

Mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılan əməliyyat uğurla başa çatıb.

Cərrah-uroloqun verdiyi məlumata görə, qohumdan böyrək köçürülməsinin öz üstünlükləri var: genetik bağlılıq səbəbindən böyrək yeni orqanizmə daha yaxşı uyğunlaşır.

Əməliyyatdan sonra resipiyent özünü daha yaxşı hiss edir, köçürülmüş böyrək tam normal fəaliyyət göstərir. Donor əməliyyatdan sonrakı günlərdə ayağa qalxaraq yeriməyə başlayıb. Bir neçə gün sonra onların hər ikisi tam sağlam vəziyyətdə evə yazılsa da, resipiyent müəyyən müddət hələ də həkim nəzarəti altında olacaq.



REKLAM