Donor xəstənin 57 yaşlı anası olub
Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən 25 yaşlı xəstə müntəzəm olaraq hemodializ seansları qəbul edib. Onun donoru böyrəyi tibbi göstərişlərə görə marginal hesab edilən 57 yaşlı anası olub.
Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində əməliyyat aparılıb.
Cərrah-uroloq əməliyyatdan sonra deyib: "Əməliyyat riskli idi. Xoşbəxtlikdən köçürülmüş böyrək xəstənin orqanizmi tərəfindən qəbul edildi və normal fəaliyyətə başladı. Resipiyent və donorun sağlamlıq vəziyyəti hazırda yaxşıdır".