sehiyye.info

Səhiyyə Nazirliyi: Gəncədə küçədən tapılan körpənin vəziyyəti normaldır

Səhiyyə Nazirliyi: Gəncədə küçədən tapılan körpənin vəziyyəti normaldır
Gəncədə vətəndaşlar 3-4 günlük oğlan uşağını küçədən taparaq 2 saylı Gəncə Şəhər Uşaq Xəstəxanasına gətiriblər. Körpənin vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır.

Məlumata görə, faktla əlaqədar hüquq-mühafizə orqanlarına da artıq məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



REKLAM