sehiyye.info

Baş həkim işdən çıxdı - Yeni təyinat

Baş həkim işdən çıxdı - Yeni təyinat
Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.

Sehiyye.info Qaynarinfo.az-a istinadla xəbər verir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Qoşunəli oğlu Əsədov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə Vidadi Rəhimov təyinat alıb. Yeni baş həkim bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, V.Rəhimov yeni təyinatadək İsmayıllı rayon uşaq poliklinikasının baş həkimi olub.



REKLAM