sehiyye.info

Salyanda koma vəziyyətində olan kişi tapıldı

Salyanda koma vəziyyətində olan kişi tapıldı
Salyanda yaşlı kişi koma vəziyyətində tapılıb.

Sehiyye.info xəbər verir ki,Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Noxudlu kəndi ərazisində qeydə alınıb. Salyan şəhər Əli Zeynalov küçəsində yaşayan, 1960-cı il təvəllüdlü Əsədov Malik Adil oğlu avtomobil yolunda koma vəziyyətində tapılıb.

Bədəninin müxtəlif yerlərində xəsarətləri olan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yaşlı kişinin hansı səbəbdən xəsarət aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



REKLAM