Altsheymerin İLK ƏLAMƏTİ bəlli oldu - İybilmə duyğusu zəifləyibsə...
Yemək istəyinin xarakterlə sıx bağlı olduğu üzə çıxıb.
Sehiyye.info xəbər verir ki, araşdırmalarda acı yeməkləri sevənlərin xaraktercə sərt, şirin təamları sevənlərin isə mülayim olduğu üzə çıxıb.
Türkiyəli lor cərrah Esin Yalçınkaya qoxu duyğusunun insanın daxili instinkti ilə bağlı olduğunu ifadə edərək, ana ilə körpə arasındakı bağın qurulmasında və ya aşiq olduğumuz insanda qoxunun əhəmiyyətli yeri olduğunu söyləyib. Cərrah qoxu hissinin insanın xoşbəxtliyi üzərində də təsirli olduğunu vurğulayaraq, qoxu qabiliyyəti zəif olanların xoşbəxtlik stimulunun, hissiyyatı güclü olanlarla müqayisədə aşağı olduğunu bildirib.
Yalçınkaya qoxuların yaddaşı təzələmək və gücləndirmək funksiyaları olduğunu da nəzərə çatdırıb:
“Altsheymer hər şeyi unutmaq deməkdir. Bu xəstəliyin ilkin əlamətlərindən biri odur ki, iybilmə duyğusu sıradan çıxır. Bədən qoxusunun dəyişməsi də bəzi xəstəliklərin əlaməti ola bilər. Məsələn, metabolik xəstəliklərdən xəbər verə bilər”.
Ekspert qoxunun dadla sıx əlaqəli olduğunu və qoxu duyumu olmayan insanların dad alma duyğusunun da olmadığını qeyd edib. Daha sonra o, yemək üstünlüklərinə görə fərdi xüsusiyyətlərin dəyişdiyini ifadə edib:
“Elmi araşdırmalar göstərir ki, acı sevənlər sərt, şirinə üstünlük verənlər isə mülayimdir. Eyni zamanda ədviyyatlı yemək sevənlərin həyəcan axtarışında olduğu deyilir.
Dad duyğusu bədənin ehtiyaclarını anlamağa kömək edir. Məsələn, ürəyimiz şirin və ya duzlu bir yemək istəyirsə, deməli, bədənimiz buna ehtiyac duyur. Odur ki, insanlar dad duyumlarına güvənməlidir. Ancaq qidaların genetikası hazırda dəyişdirildiyi üçün bu, bir az çaşdırıcı ola bilər”.Publika.az