İzmirdə doktorun boğazı kəsildi.
Vətəndaş jilet ülgüclə köməkçi həkiminin boğazını kəsdi.
Səhiyyə info xarici mətbuata istinadən xəbər verir ki,Türkiyə İzmir şəhərində Katip Çelebi Atatürk Təhsil və Araşdırma Xəstəxanası Fizioterapiya Bölüm Köməkçisi Dr. Kadir Songur, bir həftə müalicə olunan və dərman yazdığı xəstə Bayram K., tərəfindən jilet ülgücdən yaralanmışdı.
Hadisə, bir neçə gün öncə saat 15.00 radələrində IKCU Xəstəxanası Fiziki Terapiya Hissəsində meydana gəldi. İddiaya görə,xəstə keçən həftə diz ağrısının səbəbi ilə Xəstəxanaya gəlib.Həkim köməkçisi olan Songur'dan ona narkotik təsiri olan bir dərman yazmasını və yaşıl bir reseptlə verilməsini istəyib. Songür bu dərmanı yaza bilmədiyini bildirib və başqa bir dərman yazıb. Bayram K., "Dərman yazmazsan ağrıların olacağını və əvəzini ödəyəcəyini söylədi., Həkimi təhdid edərək xəstəxananı tərk etdi. Ötən gün xəstəxanaya gələn Bayram K. bir anda Songürün otağına girdi və ülgüclə hücum etdi. Boğazı kəsilən həkimi dərhal əməliyyata götürüblər.Xoşbəxtlikdən arteriya damarı zədələnməyib.Cinayətkar isə Xəstəxanadan qaçdıqdan sonra bazarda polislər tərəfindən yaxalanıb.Əməliyyatdan sonra həkim ifadə verib.Hazırda araşdırma gedir.Bu məsələ İzmir vilayətində böyük səs küyə səbəb olub.Zərərcəkən həkim və ailəsi bu gün mətbuat konfransı keçirib və insanları belə hallara qarşı mübarizəyə çağırıb.