Naftalan payızda sağlamlıq istirahəti üzrə MDB lideridir
"TurStat” turizm portalı MDB ölkələrində sağlamlıq və balneoloji istirahət üzrə payız aylarında kurortların reytinqini təqdim edib.
Sehiyye.info AZƏRTAC-a istinadla xəbər verir ki, rusiyalı turistlərin bu mövsümdə ən çox istirahət etdikləri ölkələr Belarus, Azərbaycan, Qazaxıstan, Moldova də digərləridir.
Belarusdakı Naroç gölü, Azərbaycandakı Naftalan, Qazaxıstandakı Burabay, Moldovadakı Kalaraş kurortları 2019-cu il payız mövsümündə MDB məkanında ən populyar istirahət məkanları siyahısına daxil edilib.
“TurStat” turizm portalının məlumatına görə, payız mövsümündə MDB kurortlarında istirahət müddəti 10-14 gündür. Turistlər qidalanma və müalicə də daxil olmaqla bir gündə 3 mindən 3,5 min rus rubluna qədər pul ödəyirlər.
Reytinqin tərtib olunmasında MDB ölkələrinin sağlamlıq və balneoloji kurortlarında payız istirahətinin təhlili əsas götürülür.