sehiyye.info

Qış gəlir,havalar soyuyur.

Qış gəlir,havalar soyuyur.
Qış gəlir.

Yox, həqiqətən. QIŞ GƏLİR.

Havalar daha tez qaralır. Gecələr uzanır.

Soyuq gündə isinməyin 10 yolu

Qışı sevib-sevmədiyinizdən asılı olmayaraq, bunlar sizi xoşbəxt və sağlam edə bilər.

Beynimi necə hazırlaya bilərəm?
Qışda əhvalsızlıq bir çoxumuza tanışdır. Çox az sayda insanlar üçün isə bu bir bioloji haldır.

Mövsümi duyğu pozuqluğu fəsil dəyişməsi zamanı baş verən klinik depressiyadır.

Onun necə yarandığı barədə hələ araşdırmalar aparılmasa da, günəş işığı azlığının yuxu siklinə təsiri barədə nəzəriyyələr mövcuddur.


Qışda qısa günlər daha az günəş işığı deməkdir
Royal Psixiatrlar Kollecindən Dr. Cosmo Hallstrom izah edir ki, bu həm "təbii hibernasiya (qış yuxusu) fenomeni" ilə, həm də melatonin hormonu ilə bağlı ola bilər.

Bununla başa çıxmağın yollarına, o əlavə edir, günəşi imitasiya edən işıq qutusu və günəşli ölkələrə mütəmadi səyahətlər daxildir.

NHS (Britaniya Səhiyyə Nazirliyi) də işıq qutularını məsləhət bilir. Belə ki, gün ərzində 30-60 dəqiqə işıq qutusundan istifadə etməklə fərq yaratmaq mümkündür.

Lakin əhvalınızı yaxşılaşdırmaq üçün təkcə havanı yox, sağlam qidalanma və idman vasitəsilə həyat tərzini dəyişmək də məsləhətlidir.
Bədənimi necə hazırlaya bilərəm?
Qış ayları ilə bağlı xəstəlikləri dəf etmək üçün sağlam qidalanma və idman ən yaxşı vasitədir.

NHS, daimi meyvə, tərəvəz, süd və qatıq - ağartı məhsulları protein, A və B12 vitaminləri və kalsiumla zəngindir - qəbul edərək immun sistemini gücləndirməyi məsləhət bilir.

Qış tərəvəzləri - yerkökü, cır yerkökü, ağ şalğam, ağ turp - qızartma, püre və a şorba şəklində çox xeyirlidir.

Lifli və nişastalı qidalarla zəngin səhər yeməyləri xəstəlikləri sizdən uzaq tutacaq. Mütəmadi idman etmək də bu yolda köməkçiniz olacaq.

"Qış yorğunluğunu" kənarlaşdırmaq üçün isə Britaniya Səhiyyə Nazirliyi "təbii gün işığında mümkün qədər çox vaxt keçirməyi" tövsiyə edir. Stress meditasiyası da işə yarayar.



REKLAM