Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 235 697,7 min ABŞ dolları dəyərində 12 997,97 ton əczaçılıq məhsulları idxal edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,7%, həcmi isə 4% azalıb.