Azərbaycanda daha bir körpə doğuş zamanı öldü
Mingəçevir şəhərində doğuş zamanı körpə ölüb.
Sehiyye.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Əliyeva Zamiyə Maarif qızı oktyabrın 20-də doğuş üçün xəstəxanaya müraciət edib. Bu gün isə doğuş zamanı o, körpəsini itirib.
Qeyd edək ki, bu Z.Əliyevanın ilk doğuşu olub.
Fakt araşdırılır.