Deputatdan mühüm təklif - Yeni doğulan uşağa görə 500 manat verilsin
Təklif edirəm ki, yeni doğulan uşağa görə 500 manat verilsin.
Sehiyye.infonun məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, buna görə 40 milyon manat vəsait lazımdır. Deputat əlavə edib ki, bu, həm də uşaqların sağlam böyüməsi üçün vacibdir.
Ə.Məsimli bildirib ki, təklif uşaqların sayının artmasına yox, onların sağlam doğulmasına hesablanıb.Oxu.az