sehiyye.info

Övlad sevinciylə gəlmişdilər, qucaqlarına ölü körpə aldılar

Övlad sevinciylə gəlmişdilər, qucaqlarına ölü körpə aldılar
Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb



Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, körpə ölümü günorta saatlarında qeydə alınıb. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova dünən gecə saat 4 radələrində doğuş vəziyyəti ilə bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.


Doğum şöbəsinə yerləşdirilən hamilə qadının həyat yoldaşı Elnur İbrahimlinin dediklərinə görə, A.Kərimovanın doğuş sancılarının başlaması üçün müəyyən prosedurlar görülüb və təbii doğuşa hazırlıq aparılıb. Günorta saat 2 radələrində isə qeysəriyyə əməliyyatı edilməsinə qərar verilsə də, sonradan hamilə qadın yenidən təbii doğuş otağına köçürülüb. Təxminən 1 saatdan sonra isə uşağın öldüyü ilə bağlı məlumat verilib.

Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb. Xəstəxanadan isə ilkin məlumat olaraq öyrəndik ki, cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.




REKLAM