sehiyye.info

Sərhədsiz Həkimlər Aİ-ni humanist mexanizm yaratmağa çağırıb

Sərhədsiz Həkimlər Aİ-ni humanist mexanizm yaratmağa çağırıb
Sərhədsiz Həkimlər humanitar təşkilatı (Médecins Sans Frontières, MSF) Avropa İttifaqını Aralıq dənizində axtarış-xilasetmə və miqrantların gəmilərdən endirilməsi üzrə “proqnozlaşdırıla bilən” mexanizmlər hazırlamağa çağırıb.

Sehiyye.infonun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Sərhədsiz Həkimlər humanitar təşkilatının Liviya və Aralıq dənizindəki missiyasının rəhbəri Maykl Fark bildirib.

M.Fark deyib: "Biz Avropanı təcili olaraq Aralıq dənizində axtarış və xilasetmə işlərini aktiv və kifayətli potensialla təmin etməyə çağırırıq. Biz bunun mümkün olduğunu bilirik, məsələn, İtaliya hökuməti tərəfindən başladılan və bir il davam edən dəniz və hava əməliyyatı "Mare Nostrum"un köməyi ilə".

M.Fark həmçinin Aİ ölkələrini "dənizdə xilasetmə vəzifələrinə qəsdən laqeyd yanaşmaqda və Liviya sahil mühafizəsinə siyasi və maddi dəstək göstərməkdə" ittiham edib. Onun sözlərinə görə, aprel ayından bəri Aİ-nin dəstəyi ilə Liviya sahil mühafizəçiləri dənizdə saxlanılan təxminən 8 min miqrantı geri qaytarıb: "Biz Avropa hökumətlərindən prinsiplərinə riayət etmələrini, humanitar və hüquqi öhdəliklərini yerinə yetirmələrini xahiş edirik".
(Trend).



REKLAM