sehiyye.info

Vətəndaşlar icbari tibbi sığorta paketindən yararlanmaq üçün ərazi üzrə həmin sistemdə çalışan tibb müəssisələrinə müraciət edəcəklər

Vətəndaşlar icbari tibbi sığorta paketindən yararlanmaq üçün ərazi üzrə həmin sistemdə çalışan tibb müəssisələrinə müraciət edəcəklər
cbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqindən sonra vətəndaşlar icbari tibbi sığorta paketindən istifadə etmək üçün əvvəlcə ərazi üzrə həmin sistemdə çalışan tibb müəssisələrinə müraciət edəcəklər.

Sehiyye.info xəbər verir ki,bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, əmək və ya mülki, hüquqi müqavilə olmadığı halda işləyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan əhalinin bəzi qrupları üçün sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Bura 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alanlar, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olanlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar və digəriləri daxildir. Həmin güzəştlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəzərdə tutulur.



REKLAM