sehiyye.info

Dərman istehsalına başlanılacaq - İcbari tibbi sığorta ilə bağlı yeniliklər var

Dərman istehsalına başlanılacaq - İcbari tibbi sığorta ilə bağlı yeniliklər var
Azərbaycanda dərman istehsalı zavodları Yaxın vaxtlarda istifadəyə veriləcək. Bunun nəticəsində xaricidən idxal olunan dərman preparatlarından aslılıq azalacaq.

Sehiyye.info xəbər verir ki,İcbari tibbi sığortadan danışan baş nazirin müavini Əli Əhmədov dedi ki, baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Amma elə xidmətlər də var ki, onların tətbiqi icbari tibbi sığortada nəzərdə tutulmayıb.

2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Qanununa əsasən icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Baza hissədən ölkə vətəndaşları, ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.



REKLAM