Azərbaycanda ana ölümü əmsalı da aşağı düşüb
Körpələr üzrə əmsal 11.4-dən 11.1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14.4-dən 13.1-ə qədər azalıb
Son 15 ildə ölkəmizin ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O bildirib ki, qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8, sənaye məhsulu istehsalı 2,6 dəfə artıb: "Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə artıb. İnformasiya və rabitə xidmətlərinin həcmi 12,3, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 6,6 dəfə artıb".
Komitə sədrinin sözlərinə görə, ana ölümü əmsalı da aşağı düşüb. Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26.3-dən 12.2-ə enib. Körpələr üzrə əmsal isə 11.4-dən 11.1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14.4-dən 13.1-ə qədər azalıb.
Tahir Budaqov əlavə edib ki, miqrasiya saldosu yüksəkdir: "Bu rəqəm son 10 ildə 14 min 800 təşkil edir".