sehiyye.info

Azərbaycanda bir ildə 17 ana ölümü baş verib

Azərbaycanda bir ildə 17 ana ölümü baş verib
Ötən il Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

Sehiyye.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 17 qadın dünyasını dəyişib.

Məlumata əsasən, ölkə üzrə hər 100 000 nəfər diri doğulanda 12,2 ana ölümü qeydə alınıb.



REKLAM