Limon suyu için 5 kq çəki atın.
Hamı bilir ki,səhərlər ac qarına 200-300 qram su içmək insana nə qədər faydaıdır.Amma bu suyun limola qarışığı olsa ,daha da effektli olar.
Qidalanma mütəxəsisləri sizə hər səhər limonlu su içməyizi məsləhət görürlər. Limonlu su nəyə yaxşı təsir edir, limonlu suyun faydaları nələrdir, limonlu su necə hazırlanır və bu kimi sualların bu məqaləmizdə sizə təqdim edəcəyik. Buyurun arıqlamaqdan halsızlığa qədər limonlu suyun faydaları!
Limonlu su necə hazırlanır?
Bir limon götürün, ikiyə bölün və bir yarısını bir stəkan isti suyun içinə sıxın və için.
Artıq kilolara çarə
İlıq limonlu suyu daimi içdiyimizdə mədə turşuluq səviyyəsi normallaşır. Mədə turşuluğu yüksək olan insanlar daima bir şeylər yeyərək mədənin turşuluğunu azaltamağa calışırlar. Bu da qısa zamanda acmaya və kilo almaya səbəb olur. Limonda olan pektin lifi acmanı gecikdirir.
Mədə qıcqırmasına yaxşı təsir edir.
Mədə turşuluğu normadan artıqdırsa, limon şirəsini qəbul etmək olarmı? Bu təbii sual ondan yaranır ki, onun dadı bəlkə də ən turşu dadlardan biridir. Lakin, limonun turş dadı hələ o demək deyil ki, o orqanizm ücün məhz turşudur. Bizim dilimiz hələ bütün orqanizmimiz deyil, çünki bu dad limonun tərkibində üzvi turşuların olmasını bildirir və onlar hüceyrələrdə qalmırlar. Əksinə suya qatilmiş limon şirəsi ilə yüksək mədə turşuluğunu neytrallaşdırmaq olar. Limon suyu həzm sistemindən toksinləri təmizləyir, mədədə yanğı və köp kimi rahatsızlıqlara yaxşı təsir göstərir. Günə bir stəkan limonlu su ilə başlayın.
Stresi azaldır.
Zəmanəmizdə ən önəmli xərçəng, infakt və panic atak kimi xəstəliklərin səbəbi stress olaraq göstərilir.Stress immune sistemini zəiflədir buna görə də immun sistemi gücləndirən C vitaminli qidalarla bəslənməyiniz stresli anlarda vacibdir. Limon da mükəmməl bir C vitamin qaynağıdır.
Sinir sistemini sakitləşdirir.
Limonun qabığında olan efir yağları sinir sisteminə sakitləşdirici təsiri olduğu üçün oyanıq sinir sistemi olan şəxslərə yaxşı təsir göstərir. Limon həmçinin orqanizmə tonuslamdırıcı təsir göstərir.
Rahatlıq və canlılıq verir.
Özünüzü rahat hissetmək üçün həmişə qəhvə icirsiniz və əksinə halsız qalırsınız? Hər sabah limonlu su için çünki kafein ehtıyacınızı azaldır. Səhərləri bir stəkan limonlu su içsəniz günortadan sonar üstünüzə çökən o halsızlıq həyatınızdan cıxacaq, görəcəksiniz.
Evdə qələvi su düzəldin.
Son zamanlar çox danıçılan və reklamlarda tez-tez göstərilən qələvi suyu evdə limonla edə bilərsiniz. Limon ən qələvi qidalardan biridir və içində olan üzvü turşular sorulduqda turşuluq yaratmaz.
Limonlu su bəzi insanlarda təzyiqi aşağı salır. Egər təzyiqiniz aşağıdirsa limonlu su içməyin. Bunun yerinə tərkibində yüksək C vitamini olan kivi, qreyfurt, portağal, cəfəri kimi qidalardan olan sular hazırlaya bilərsiniz.