Latviyada uşaqlar arasında sürətlə yayılan infeksiya ölkə rəhbərliyinin nəzarətinə götürülüb
Latviyanın Baş Naziri Krişyanis Karinş ölkədə balacalar arasında sürətlə yayılan bağırsaq infeksiyasının səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.
Sehiyye/info xəbər verir ki, Baş Nazir bununla bağlı əlaqədar qurumların rəhbərlərinə ölkədə uşaq bağçalarına ərzaq tədarük edən bütün topdançıları yoxlamağı tapşırıb. Yoxlamaların nəticələri noyabrın 20-də Baş Nazirə təqdim olunmalıdır.
Hadisə artıq 3 gündür ki, polis nəzarətinə də götürülüb. Bu günədək artıq 19 uşaq sözügedən infeksiyaya yoluxaraq xəstəxanalara yerləşdirilib.