Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb ola bilər ?
Əməliyyatdan sonra ilk günlər kəsik yerləri görsənsədə birneçə ay sonra izlər praktik görsənmir. Mədə kiçiltmə əməliyyatı bir laparoskopik əməliyyat olub orta ağırlıq dərəcəli əməliyyatlar sırasındadır. Çox gənc yaşlarda başqalarının köməyi olmadan gündəlik həyat tərzi sürmək çətinliyi doğurdan çox üzücüdür. Belə insanlar istədiyini geyinə bilməyib, istədikləri yerdə oturmayıb, hətda elementar gigiyenik ehtiyaclarını ödəyə bilməyib ətrafdakıların yardımına ehtiyac duyurlar. Dərin depresiyaya girib sosial izolyasiya durumuna keçərlər. Odur ki, həyatınızı dəyişməyin tam vaxtı məhz bugündür! - Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb ola bilər?
-Mədə kiçiltmə əməliyyatının xərçəng xəstəliyinə səbəb olduğu ilə bağlı hər hansı elmi tədqiqat yoxdur. Əksinə, piylənmə orqanizmdə xərçəng yaratma qabiliyyətinə malikdir.
- Mədə kiçiltmə əməliyyatından sonrakı müddət necə olmalıdır?
-Əməliyyatdan bir gün sonra xəstə ayağa qaldırılır. Bu ağırlaşmaların qarşısını almaq üçün önəmlidir. 160 kiloluq pasiyent daimi uzanıqlı vəziyyətdə qaldığı zaman onun ağciyərlərində, ürək-damar sistemində müəyyən problemlər yarana bilər. Buna görə pasiyenti qaldırıb gəzdiririk. 2-ci gün 48 saat ərzində ona xüsusi maye içiririk, rentgen müayinəsi edirik. Bundan sonra pasiyent qidalanmağa başlayır. Mədə kiçiltmə əməliyyatlarının özünün standartları var. Yaxın 2 həftə ərzində pasiyent maye qəbul edir. Meyvə şirələri, süd, ayran, çay, su içir. 2 həftədən sonra qidaların qatılığını artırırıq. Kiçik qurtumlarla, fasilələrlə gün ərzində xəstə maye qəbul edə bilər. Mannı sıyıqlar, düyü yarmasının sıyıqları, mərcimək şorbası və.s qidalar veririk. Ayranın içərisinə blenderdən keçirib göyərti əlavə edirik. 3-cü həftədən püre, içi boşalmış yumurta, banan əzməsi, 4-cü həftədən artıq milli yeməklərdən dolmanın içi, küftə yemək olar. Amma yenə biz xəstələrə deyirik ki, kiçik udumlarla çox çeynəyərək qidanı qəbul etməlisiniz. 5-ci həftədə isə pasiyent əvvəl nə yeyirdisə, o yeməklərdən rahatlıqla yeyə bilir. 5 həftədən sonra isə yeməklərə qadağa qoymuruq. Ancaq pasiyentlərə tövsiyə edirik ki, qazlı içkilər, hazır qidalardan uzaq dursunlar. 10-18 ay ərzində aparılan əməliyyatın növündən asılı olaraq arıqlama baş verir.(Sehiyye.info)