Real Hospitaldakı ölüm hadisəsi araşdırılır.
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakıda mədəkiçiltmə əməliyyatı etdirən 59 yaşlı qadın özəl klinikada ölüb.Xəstənin adamları həkimdən şikayət etməsələr də ekspertlərin fikrincə ölümə səbəb öd kisəsinin əməliyyatdan sonra qıcıqlanmaya və öd kisəsi divarında təzyiqin artmasına səbəb olaraq,ödün periton daxilinə sızması nəticəsində ,xolesistitdən ölüb....
Lakin bu ,fərziyyədir,əsas qərarı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi verəcək.İstintaq davam edir.
Xatırladırıq ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən "Real Hospital"da baş verib. 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün bir ay əvvəl "Real Hospital"a müraciət edib. Hospitalın baş həkimi Rövşən Yusifovun sözlərinə görə, Gülnar Əliyeva müraciət edən zaman əməliyyat öncəsi bir ay müddətində əməliyyata hazırlıq məqsədi ilə ağ ciyərlərin gimanstikası və digər müayinələr aparılıb. Bundan sonra isə onun üzərində mədə kiçiltmə əməliyyatı edilib. Əməliyyatı cərrah Mübariz Məmmədli icra edib.