sehiyye.info

734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub

734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub
2018-ci ildə Azərbaycanda 110 nəfərdə ilk dəfə qoyulmuş diaqnozla daun sindromu qeydə alınıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 2018-ci ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində daun sindromu diaqnozu ilə 734 nəfər qeydiyyatda olub.

Onlardan 561 nəfəri 0-13 yaş qrupuna, 87 nəfəri 14-17 yaş qrupuna, 43 nəfəri 18-29 yaş, 43 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.(medicin.az)



REKLAM