sehiyye.info

“İnsan əti yeyilməlidir” – Professordan qandonduran təklif

“İnsan əti yeyilməlidir” – Professordan qandonduran təklif
İsveçdə fəaliyyət göstərən “TV 4” adlı telekanalda yayımlanan bir proqramda iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə insan əti yeyilməsi məsələsi müzakirə olunub.

Sehiyye.info Teleqraf.coma istinadən xəbər verir ki, insan ətinin istehlakı məsələsi ölkədə kəskin etirazlara səbəb olub.

Professor Maqnus Söderlund “İnsanların öz nəslini istehlak etməsi” mövzusu ətrafında gedən müzakirələr zamanı bildirib ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün insanlar ilk növbədə bir-birini yeməyə başlamalıdır.

Qərb dünyasında insan əti anlayışına qarşı tabuların olduğuna diqqət çəkən Maqnus Söderlund buna baxmayaraq, insanların bir-birini öldürməsinin bu qədər kəskin qarşılanmadığını vurğulayıb:
“İnsanlar yeməyə vərdiş etmədikləri şeylər haqda mühafizəkar fikir daşıyırlar. Amma iqlim dəyişikliyinin qarşısını almaq üçün baxmadığımız bir daş altı qalmadı, buna görə də insan əti yemək məsələsini gündəmə gətirməliyik”.

Proqramdan sonra İsveçdə məsələ ətrafında geniş müzakirələr başlayıb.



REKLAM