sehiyye.info

Qan qrupuna görə qidalanma

Qan qrupuna görə qidalanma
Qidaların qan qrupuna görə qəbul edilməsi sahəsində xeyli məlumatlar var. Həmin məlumatlara əsasən bəzi qidaların müəyyən qan qrupu daşıyıcılarının qəbul etməsi və ona uyğun pəhriz saxlaması məsləhət görülür. Bura ət və ət məhsulları, meyvə-tərəvəzlər və digər məhsullar daxildir.

Sehiyye.info xəbər verir ki,Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə AZƏRTAC-a deyib: “Qan qrupuna görə qidalanma ümumiyyətlə, düzgün deyil. Bəzilərinə paxlalı qidalar qəbul etmək məsləhət görülsə də, bəzilərində bu, kökəlməyə səbəb olur. Bu istisnalar tərəvəzlərə də aiddir. Məsələn, III qrupda ananasa üstünlük verilsə də, pomidor qəbuluna icazə verilmir. IV qrup II və III qrupların birləşməsi olduğu üçün qidalanma balanslaşdırılmış formadadır.

Bütün qan qruplarına tərəvəz və göy-göyərtilətdən bol istifadə etmək və daha çox zülal mənşəli qidalara üstünlük vermək məsləhət görülür. Zülalın çox qəbulu orqanizmin tez arıqlamasına və əzələlərin yaxşı qidalanmasına səbəb olur”.

Düzgün qida qəbuluna əməl etmək üçün taxıl məhsulları, un məmulatları, ağ rəngli qidaların rasiondan kənarlaşdırılması məsləhət görülür. Bəzən çörək yemədən pəhriz saxlamağa üstünlük verirlər. Lakin bu, düzgün deyil, çünki çörəyin tərkibində orqanizm üçün faydalı olan B qrupu vitaminləri digər qidalarda yoxdur. Ona görə də xüsusilə səhər yeməyi zamanı bir dilim qara çovdar çörəyinə üstünlük verilməsi tövsiyə olunur.



REKLAM