sehiyye.info

Göz sağlamlığını qoruyan vitaminlər

Göz sağlamlığını qoruyan vitaminlər
Gözün sinir damalarını qoruyan C vitamini

Günəş şüalarının zərərlərindən gözləri qoruyan C vitamini, eyni zamanda şəkər xəstəliyinə bağlı olaraq ortaya çıxan görmə itkisinin qarışısını alar. C vitamini gözdə olan sinir damarlarını qoruyar. Tərəvəz və meyvələrdə, xüsusilə sitrus meyvələrində bol miqdarda C vitamini var.

Göz sağlamlığını qoruyan vitaminlər

Gözdəki zəhərli toksinləri yox edən E vitamini

E vitamini bədən üçün çox qüvvətli antioksidandır. Bütün bədəndəki və gözdəki zəhərli maddələrin bədəndən atılmasına yardımçı olur. Gözlərin daha yaxşı görməsində vacib rol oynayan E vitamini, yaşıl yarpaqlı tərəvəzlərdə, qoz, ət, zeytun yağı, kərə yağında zəngindir.

Şəkər xəstələrində görmə itkisinə mane olan maqnezium

Qan şəkərini nizamlayan maqnezium, şəkər xəstələrində yüksək şəkərə bağlı yaranan görmə itkisinin qarşısına keçir. Pendirdə, toyuqda, soğanda, əncirdə, portağalda zəgindir.

Göz quruluğunu yox edən Omeqa yağları

Omeqa3 və Omeqa6 yağları göz sinirlərini qoruyur. Eyni zamanda aparılan araşdırmalar bu yağların göz quruluğunu azaltdığını bildirir. Balıqda, qozda bol miqdarda omeqa yağları vardır.( qadın.net)



REKLAM