sehiyye.info

Sakitləşdirici bitki dəmləmələrinin içilməsi..

Sakitləşdirici bitki dəmləmələrinin içilməsi..
Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyir. İdeal çəki, normal həyat sürmək və idmanla məşğul olmaq onun aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir.

Sehiyye.info bildirir ki, həkim-fitoterapevt Fizulu Hüseynovun AZƏRTAC-a dediyinə görə, ən yaxşısı, gündə 5-6 dəfə qidalanmaq və hər gün mütləq səhər yeməyi yeməkdir. "Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka yeməklə qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməli, təzə meyvə, tərəvəz və göyərtidən çox istifadə edilməlidir.

Yatmağa 3 saat qalmış çay, kofe və toniklərdən imtina olunmalıdır. Bal və ya südlə sakitləşdirici bitki dəmləmələrinin içilməsi daha yaxşı təsir göstərir. Yataq otağı nə qədər sərin olsa, yuxulamaq bir o qədər asan, yuxu bir o qədər dərin və yaxşı olur.

Fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxanda göz əzələlərinin gərginləşməsi yorğunluğa səbəb olur. Kağız və ya kompüterlə işlədikdə müntəzəm olaraq gözə istirahət verilməlidir ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya ətrafa baxmaq lazımdır".

Gün ərzində su və şirələr qəbul edilməsinin, səhər acqarına su içməklə başlamağın da çox faydalı olduğunu söyləyən həkim-fitoterapevt enerjili və xoş ovqatda olmaq üçün daha bir neçə məsləhət verib: "Həftədə üç porsiya mal və qoyun ətinin qida rasionunda olması orqanizmi lazım olan miqdarda dəmirlə təmin edir. Tünd-yaşıl tərəvəzlərin, çuğundur, ispanaq və kələmin də tərkibində dəmir var. C vitamini dəmirin mənimsənilməsinə, kalsium isə əksinə təsir edir.Milli.az



REKLAM