Mühəndislər yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradıblar
Çoxlarına məlum olan “Quru göz sindromu” buynuz qişasının qıcıqlanmasına və görmə ilə problemlər yaranmasına səbəb olur.
Sehiyye.info “slashgear.com” saytına istinadla xəbər verir ki, Amerika mühəndisləri tərəfindən yaradılmış unikal platformanın köməyi ilə əczaçılar xəstəliyə qarşı mübarizənin daha effektiv metodlarını işləyib hazırlaya biləcəklər.
Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları 3D-printerin köməyi ilə yaradılmış miniatür ölçülü, məsaməli karkasla qurğunu təqdim ediblər. Şərti olaraq “çipdə göz” adlanan bu sistem jelatindən hazırlanmış göz qırpan və süni göz yaşlarının köməyi ilə səthi daim nəmləndirilən “göz qapağı” ilə təchiz edilib.
Bu mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmlənməsində bu və ya digər damcıların nə qədər effektiv olduğunu aydınlaşdırmağa imkan verəcək. Prototipin əsas üstünlüyü onun ucuz başa gəlməsi və asanlıqla istehsal edilməsi ilə bağlıdır. Tədqiqatçılar belə cihazın köməyi ilə süni göz yaşlarının istehsalçılarının yeni preparatlar hazırlamasını stimullaşdırmağı planlaşdırırlar: alimlərin sözlərinə görə, hazırda bazarda gözlərin quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanların qıtlığı hiss olunur.(Azertac)