sehiyye.info

Gənələr Çexiyanı arzuolunmaz “Avropa çempionuna” çevirib

Gənələr Çexiyanı arzuolunmaz “Avropa çempionuna” çevirib

Ötən ilin yekunlarına görə Avropa İttifaqında gənə ensefaliti ilə ən çox Çexiyada xəstələniblər.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, ölkədə bu diaqnozla 700-dən çox adam qeydə alınıb. Cari ilin yanvarından bu günədək isə bu xəstəlik 230 nəfərdə aşkarlanıb.

Açıq mənbələrdə bildirilir ki, gənə ensefaliti virus kateqoriyalı infeksiyadır, baş-beynin boz maddəsinin zədələnməsi, qızdırma və intoksikasiya (orqanizmin zəhərlənməsi) ilə xarakterizə olunur. Bəzi hallarda, həmçinin onurğa beyninin qişasının zədələnməsi də müşahidə olunur. Xəstəlik ölümlə nəticələnə bilər. Bu səbəbdən də peyvəndlərə etinasızlıq göstərməmək, həşəratlara qarşı kimyəvi maddələrdən istifadə etmək, həmçinin gənələrin dəriyə yapışmalarının qarşısını almaq məqsədilə meşədə qapalı geyinmək kimi məsləhətlər görülür.



REKLAM