Ilin həkimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim ginekoloq Aynur Cavadova "İlin həkimi"adına layiq görülüb.
Xatırladırıq ki,Cavadova Aynur Akif qızı 2005-2011 ci illərdə ATU-nin müalicə işi fakultəsində təhsil alıb və oranı qırmızı diplomla bitirib.Ginekologiya üzrə ixtisaslaşıb.2011-2016 cı illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq Ginekologiya Kafedrsında mama-ginekologiya ixtisası üzrə rezidentura təhsilini tamamlamışdır.Müxtəlif kurs və seminarlarda iştirak edib.Hal hazırda Tədris Cərrahiyyə Klinikasında ginekoloq cərrah kimi fəaliyyət göstərir.