sehiyye.info

Bitki yağlarının insan orqanizminə təsiri.

Bitki yağlarının insan orqanizminə təsiri.
Bitki yağları xörək və salatların əvəzolunmaz qidalarından sayılır. Onların keyfiyyəti kimyəvi tərkibinə və zərərsizlik göstəricilərinə görə qiymətləndirilir.

Bitki mənşəli yağların insan orqanizmi üçün faydalarını saymaqla bitməz. Təsadüfi deyil ki, mütəxəssislər gündəlik rasionda yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.

Sehiyye.info bildirir ki,dietoloq Ləman Süleymanova Azərtac-a deyib: “Şəkərlər və karbohidratlarla yanaşı yağlar orqanizmin enerji mənbəyi rolunda çıxış edir. Hətta şəkər, karbohidrat və zülallardan fərqli olaraq yağlar insan orqanizmində daha yüksək kaloriliyi təmin edir. Mədə şirəsinin təsirindən bitki mənşəli yağlar daha asanlıqla parçalanır və maddələr mübadiləsinə daxil olur”.

İmmun sisteminin güclənməsində mühüm rol oynayan bitki yağlarının uzun müddət ağzı açıq qabda saxlanılması onları istifadəyə yararsız edir. Onların mövcud qaydalara uyğun saxlanılması da keyfiyyətə təsir edən əsas amillərdəndir. Bütün qida məhsulları kimi yağlar da + 18 dərəcə C temperatur həddində saxlanıla bilər.
İstənilən ərzaq məhsulunu istifadə edərkən gigiyenik qaydalara əməl etmək lazımdır, çünki təmizlik sağlam qidalanmanın əsas şərtlərindən biridir.



REKLAM