sehiyye.info

Dönərdən zəhərlənənlərin sayı artıb.

Dönərdən zəhərlənənlərin sayı artıb.
Şəhərimizdə müxtəlif adlarda dönər satışı nöqtələri mövcuddur.Ləziz dönər,,avtoş dönəri,peçat dönər,Əjdaha dönər,Mamed ustanın dönəri və s.adlarıyla müştərini cəlb edəcək dönərxanalar saysız hesabsızdır.Lakin ,bu dönərxanaların əhaliyə satdığı dönərlərdə istifadə olunan ət,(istər toyuq əti,istərsə də mal əti),eynidir.
Səhiyyə.info xəbər verir ki,son zamanlar dönərdən zəhərlənmələrin sayını artması bu yeməkdən imtina etməyə xəbərdarlıq kimi demək olar.Havaların isti keçməsi,və günün altında yüksək dərəcədə bişirilən ət axşama doğru dadını dəyişir.Keyfiyyət itir və ətin tərkibində toksik maddələr əmələ gəlir.
Bu gün küçələrdə satılan dönərlərin 85 faizi insan sağlamlığı üçün təhlükəlidir: “Mərkəzi Avropa ölkələrində dönərlər “tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur. AQTA dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırladı. Həmin standartlarda dönərin hansı şəraitdə və necə hazırlanması göstərilib. Amma bu addım da bu sahədə özünü doğrultmadı”.Son zəhərlənmə halları buna misaldır.
Bundan başqa,dönərlər ümumiyyətlə mədəyə ziyanlıdır və bu yeməkdən istifadə olunmaması məsləhətdir: "Birincisi, dönərlərin hazırlanması prosesində nöqsanlar var. İkincisi isə dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır. Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəziyə də ziyanlıdır. Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".
Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə bu yeməklərdən imtina edin.



REKLAM