Bakıda üç məzun dənizdə boğuldu .
Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub.
Sehiye.info bildirir ki,Oxu.Az-ın əldə etdiyi məlumata görə, boğulma təhlükəsi ilə üzləşənlər - Bakı şəhər Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Həsənov Elvin İlqar oğlu və 2002-ci il təvəllüdlü Dadaşov Orxan Elçin oğludur. Onların həyatını xilas etmək mümkün olub.
Xilasedicilərin axtarışları nəticəsində isə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Səmədov Rəhim Rasim oğlunun cəsədi batdığı yerdən 150 metr aralıda tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.