sehiyye.info

Qadın 27 ildən sonra komadan ayıldı.

Qadın 27 ildən sonra komadan ayıldı.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Birləşmiş Ərəb Əmirlikləri sakini 1991-ci ildə avtoqəzaya uğrayıb.Munira Abdulla adlı qadın avtoqəza zamanı 4 yaşlı oğlu ilə birlikdə olub.Oğlunu xilas edib,amma özü komaya düşüb.Ciddi kəllə beyin travması alan Muniranın qohumları onu Almaniyada müzlicə olunmağa aparıblar.
Qadın özünə gələ bilməyib,lakin göstəricilər onun ayılma ehtimalını bildirib.Daha sonra xəstə Londona göndərilib.Bundan sonra uzun müddət fizioterapiya alıb.BƏƏ-nin şeyxi ona ymaliyyə yardımı ayırıb və müalicələr davam edib.27-ildən sonra Munira Abdulla ayılıb.
Maraqlısı budur ki,qadın komadan çıxarkən öz oğlunu soruşub.Oğlu isə artıq 31 yaşlı kişi olaraq onun yanında durubmuş.
Daha sonra Qurandan ayələr deməyə başlamış və Allaha dua etmişdir.
Qadın 27 ildən sonra komadan ayıldı.



REKLAM