sehiyye.info

Respublika Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat uğurla icra olunub

Respublika Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat uğurla icra olunub
Meningiomalara sıx rast gəlinsə də, intraosseoz (sümükiçi) meningiomalar daha az müşahidə edilir. Sümük içindən fərqli üç istiqamətə böyüyən meningiomalara isə çox nadir hallarda rast gəlinir. Cərrahi müalicəsi isə kifayət qədər mürəkkəbdir.



Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 67 yaşlı qadın uzun illərdir ki, sol gözünün göz yuvasından önə çıxması və görməsinin pisləşməsindən şikayətləri olduğunu, son zamanlar isə narahatlılığının sürətlə artdığını bildirib.



Diaqnozun xeyli vaxt əvvəl təyin edilməsinə baxmayaraq, xəstə əməliyyata qərar verə bilmirdi. Beləliklə, illər ərzində sol göz yuvasını təşkil edən sümükləri qalınlaşdıran, göz almasını sıxaraq ekzoftalmusa (göz kürəsinin önə doğru böyüməsi, yer dəyişdirməsi) və görmənin azalmasına səbəb olan, beyinə və sol gicgah əzələ altına böyüyüb, pterigopalatin fossanı dolduran törəmə inkişaf edib.



Neyrocərrah Azər Əkbərov tərəfindən FTOZ (frontoorbitozigomatik) kraniotomiyadan törəmənin hər üç hissəsi və qalınlaşmış, patoloji sümük rezeksiya edilib. Kraniektomiya defekti metilmetakrilat ilə plastika edilib. Əməliyyatdan sonra xəstənin vəziyyəti stabildir.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



REKLAM